FHN qanunsuz tikinti işlərinin qarşısını alıb - VİDEO

11:43 01.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikinti işlərinin qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Belə ki, Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi və Gəncə şəhəri ərazisində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq yerli icra hakimiyyəti orqanı nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb.